Bu il Azərbaycanda kiçik özəlləşdirmə formasında 1400-dən artıq müəssisə və obyekt özəlləşdirilib

Bu il Azərbaycanda kiçik özəlləşdirmə formasında 1400-dən artıq müəssisə və obyekt özəlləşdirilib
# 08 noyabr 2008 08:08 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Cari ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda kiçik özəlləşdirmə formasında 1400-dən artıq müəssisə və obyekt özəlləşdirilib. Bu barədə APA-ya Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsindən məlumat verilib. Komitənin məlumatına görə, 2006-cı ilin avqust ayında özəlləşdirməyə açılmış 401 səhiyyə, mədəniyyət, idman və təhsil müəssisəsindən indiyədək 165-i özəlləşdirilib. Həmin müəssisələrin əvvəlki profili saxlanılıb. Hesabat dövründə həmçinin 600-dən çox obyektin yerləşdiyi torpaq sahəsi də özəlləşdirilib. Dövlət əmlakının Reyestrinə 6230 hüquqi şəxs statuslu dövlət müəssisəsi və onların 4506 filiallarının malik olduğu 112261 daşınmaz əmlak barədə məlumatlar daxil edilib. Yanvar-oktyabr ayları ərzində 1850-yə yaxın müəssisə və obyektin texniki pasportu hazırlanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR