Bu il Azərbaycanda sahibkarlara dövlət büdcəsi hesabına 85 mln. manat güzəştli kredit ayrılıb

Bu il Azərbaycanda sahibkarlara dövlət büdcəsi hesabına 85 mln. manat güzəştli kredit ayrılıb
# 11 noyabr 2008 13:21 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Sahibkarlığa Kömək Milli Fondu (SKMF) tərəfindən 2008-ci ilin yanvar-oktyabr ayları ərzində respublika üzrə güzəştli şərtlərlə 85 mln. manat kredit ayrılıb. «APA-Economics»in məlumatına görə, bunu Milli Məclisdə 2009-cu ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı iqtisadi inkişaf naziri Şahin Mustafayev bildirib.
Ş.Mustafayevin sözlərinə görə, Fondun bu il ayırdığı güzəştli kreditlərin 70 mln. manatı 2008-ci ilin dövlət büdcəsindən maliyyələşdirilib. Qalan 15 mln. manatı isə əvvəllər alınan və sonradan SKMF-ə ödənilən vəsait təşkil edib.
Kreditlər respublikanın 52 rayonu üzrə 773 sahibkara verilib.
Qeyd edək ki, 2008-ci il üçün dövlət büdcəsindən sahibkarların investisiya layihələrinin güzəştli qaydada kreditləşdirilməsi üçün Fonda 80 mln. manat ayrılması nəzərdə tutulub. Sahibkarlara güzəştli kreditlərin verilməsi müvəkkil kredit təşkilatı kimi seçilmiş 29 kommersiya bankı, 1 bank olmayan kredit təşkilatı və 4 kredit ittifaqı vasitəsilə həyata keçirilir. Kreditlər bank-agentlərə illik 1%, iş adamlarına isə maksimum illik 7% dərəcəsi ilə ayrılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR