Azərbaycan paytaxtında Beynəlxalq Əmək Təşkilatının standartları və əmək hüququ ilə bağlı seminar keçirilir

Azərbaycan paytaxtında Beynəlxalq Əmək Təşkilatının standartları və əmək hüququ ilə bağlı seminar keçirilir
# 19 noyabr 2008 07:35 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bakıda «Beynəlxalq Əmək Təşkilatının standartları və əmək hüququ» mövzusunda işəgötürənlər üçün seminar keçirilir. Seminar Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Milli Konfederasiyası (ASK) və Beynəlxalq Əmək Təşkilatının (BƏT) dəstəyi ilə təşikl olunub.
ASK-dan «APA-Economics»ə verilən məlumata görə, seminarın keçirilməsində məqsəd işəgötürənlərin beynəlxalq əmək standartları və milli əmək qanunvericiliyi sahəsində maarifləndirilməsi və həmin standartların işəgötürənlərin fəaliyyətində tətbiqinə yardım göstərilməsidir. Tədbirdə BƏT standartlarının icmalı, əmək münasibətlərinə yanaşma, əmək münasibətlərinə xitam verilməsi, əmək haqlarının müəyyən edilməsi məsələlərində BƏT standartları və onların tətbiqində işçilər və işəgötürənlər təşkilatlarının rolu, Azərbaycanda əmək müqavilələrinin bağlanması sahəsində mövcud vəziyyət və əmək mübahisələrini doğuran əsas səbəblər, milli və beynəlxalq qanunvericilikdə iş vaxtı (iş saatları, gecə işləri, istirahət günləri), ödənişli məzuniyyətlər, əmək haqlarının müəyyən edilməsi məsələlərində işəgötürənlərin üzləşdikləri əsas problemlər və digər məsələlər müzakirə olunacaq.
Seminarda BƏT-in əmək standartları üzrə baş mütəxəssisləri, milli ekspertlər və işəgötürən təşkilatlarının nümayəndələri iştirak edirlər.
Qeyd edək ki, iki gün davam edəcək seminarda iştirakçılara müvafiq sertifikat təqdim olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR