Azərbaycanda pərakəndə ticarət və iaşə obyektləri son bir ildə əhaliyə satışın həcmini 16% artırıb

Azərbaycanda pərakəndə ticarət və iaşə obyektləri son bir ildə əhaliyə satışın həcmini 16% artırıb
# 19 noyabr 2008 13:23 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda pərakəndə ticarət və iaşə şəbəkələrində əhaliyə 8 696,2 mln. manatlıq və ya 2007-ci ilin müvafiq dövründəkindən 15,6% çox istehlak malları satılıb və iaşə xidmətləri göstərilib.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, əhalinin həyat səviyyəsinin yüksəlməsi əmtəə bazarının strukturunun formalaşmasına öz müsbət təsirini göstərib, ticarət müəssisələrində satış qiymətlərinin nisbətən daha baha olmasına baxmayaraq, bazar və yarmarkalarla müqayisədə bu müəssisələrdə əmtəə satışı nəzərəçarpacaq dərəcədə yüksəlib. Hüquqi şəxs statuslu və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən fərdi sahibkarların ticarət müəssisələrində pərakəndə əmtəə dövriyyəsinin real həcmi 2007-ci ilin eyni dövrünə nisbətən 22,8% artdığı halda, bazar və yarmarkalar üzrə bu artım 7,7% təşkil edib.
Pərakəndə əmtəə dövriyyəsinin ümumi artımının 76,6%-i ticarət müəssisələrinin, 23,4%-i isə yarmarka və bazarların ticarət fəaliyyəti sayəsində yaranıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR