Dekabrın 11-də Qubada investisiya konfransı keçiriləcək

Dekabrın 11-də Qubada investisiya konfransı keçiriləcək
# 24 noyabr 2008 10:25 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin dekabr ayının 11-də Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) təşkilatçılığı ilə Quba İnvestisiya Konfransı keçiriləcək.
AİŞ-dən «APA-Economics»ə verilən məlumata görə, konfransda regionun biznes dairələrinin və xammal təchizatçılarının nümayəndələri iştirak edəcək.
Konfransda AİŞ və USAID-in icraçı tərəfdaşı olan «Chemonics International» şirkəti AİŞ-in fəaliyyəti və layihələri, əməkdaşlıq imkanları və bu yaxınlarda başlamış USAID-in Özəl sektorun rəqabət qabiliyyətinin gücləndirilməsi Proqramı (PSCEP) barədə məlumat verəcək.
Konfransda iştirak etmək istəyənlər (+994 12) 437-29-09 telefon nömrəsinə zəng edə bilərlər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR