Yaxın vaxtlarda Azərbaycanda daha 5 «Almalı» supermarketi açılacaq

Yaxın vaxtlarda Azərbaycanda daha 5 «Almalı» supermarketi açılacaq
# 27 noyabr 2008 07:11 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Rusiyanın «ADA» Qapalı Səhmdar Cəmiyyəti Azərbaycandakı «Almalı» supermarketlər şəbəkəsini genişləndirir.
«ADA»dan «APA-Economics»ə verilən məlumata görə, yaxın günlərdə daha beş «Almalı» supermarketi əhaliyə xidmət göstərmək üçün istifadəyə veriləcək.
Əlavə mağazaların açılışı üzrə təmir-tikinti işləri başa çatmaq üzrədir və artıq tcarət avadanlığı alınıb gətirilib. Yeni supermarketlərin dördü Bakıda, biri isə Gəncə şəhərində açılacaq. Mağazaların yerləşmə məkanı qrupun marketinq tədqiqatları və istehlakçıların istəyinə müvafiq olaraq təyin edilib.
Qeyd edək ki, hazırda Bakı, Sumqayıt və Gəncə şəhərlərində ümumilikdə 40 «Almalı» supermarketi xidmət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR