Azərbaycanda keçirilən son pul hərracında 3 ASC-nin səhmləri satılıb

Azərbaycanda keçirilən son pul hərracında 3 ASC-nin səhmləri satılıb
# 01 dekabr 2008 07:47 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Noyabrın 25-də Bakı şəhərində keçirilmiş 489-cu pul hərracında Azərbaycanın regionlarında yerləşən 3 səhmdar cəmiyyətinin səhmləri satılıb. Bu barədə «APA-Economics»ə Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bu, «Sumqayıt Ərzaq-73», «Qazax Avtovağzal» və «Salyan NEM» səhmdar cəmiyyətləridir.
Səhmdar cəmiyyətlərinin ümumi nizamnamə kapitalı 250 820,8 manat, buraxılmış səhmləri 125 409 ədəd, bir səhmin nominal dəyəri 2 manatdır. Satışa hər üç müəssisənin ümumi nominal dəyəri 211 490 manat, ilkin hərrac qiyməti 37 745 manat olan 37 745 səhmi çıxarılıb. Səhmlərin hamısı ilkin hərrac qiymətinə (37 745 manat) satılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR