Bakıda Azərbaycan-Türkiyə biznes-forumu keçiriləcək

Bakıda Azərbaycan-Türkiyə biznes-forumu keçiriləcək
# 01 dekabr 2008 09:04 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin dekabr ayının 3-4-də Bakıda Azərbaycan-Türkiyə biznes-forumu keçiriləcək.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) «APA-Economics»ə verilən məlumata görə, biznes-forum Türkiyənin dövlət naziri Kürşad Tüzmənin Azərbaycana səfəri çərçivəsində təşkil olunacaq. Tədbirdə Türkiyə tərəfindən 90, Azərbaycandan isə 100-ə yaxın enerji, nəqliyyat, maliyyə, səhiyyə, sənaye, tikinti, kommunikasiya və digər sahələrdə fəaliyyət göstərən iş adamları qatılacaq. Biznes-forumda Azərbaycan və Türkiyə iş adamları arasında ikitərəfli görüşlərin keçirilməsi də nəzərdə tutulur.
Forumda həmçinin Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayevin iştirakı gözlənilir.
Qeyd edək ki, biznes-forum Azərbaycan İqtisadi İnkişaf Nazirliyi, Azpromo, Türkiyə Xarici Ticarət Komitəsi, Xarici İqtisadi Əlaqələr Təşkilatı və İstanbul Mədən və Metal İxracı Birliyinin təşkilatçılığı ilə keçiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR