ATİB Azərbaycan iqtisadiyyatı üzrə bir sıra tədqiqat aparır

ATİB Azərbaycan iqtisadiyyatı üzrə bir sıra tədqiqat aparır
# 03 dekabr 2008 10:53 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan-Türkiyə İş Adamları Birliyi (ATİB) Azərbaycan iqtisadiyyatının müxtəlif sahələri üzrə tədqiqatlar aparır. Bu barədə «APA-Economics»ə ATİB-in İdarə Heyətinin sədri Əhməd Erentok məlumat verib.
Ə.Erentokun sözlərinə görə, ilin sonuna qədər təhsil, səhiyyə, maliyyə və azad rəqabətlə bağlı araşdırmalar yekunlaşacaq və geniş ictimaiyyətə təqdim olunacaq. Gələn il isə aqrar-sənaye, informasiya texnologiyaları, kiçik və orta sahibkarlığa dair üç tədqiqat aparılacaq.
«Çalışırıq ki, tədqiqatların hazırlanmasına kənardan ekspertlər cəlb edək. Onların hazırladığı araşdırmalar komissiyalarımızda nəzərdən keçiriləndən sonra təqdim olunacaq», - deyə Ə.Erentok vurğulayıb.
Tədqiqatlar Azərbaycanın tanınmış alimləri və ekspertlərinin iştirakı ilə hazırlanır. Araşdırmalar üç dildə – Azərbaycan, türk və ingilis dillərində nəşr olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR