Qara dəniz və Xəzər dənizi İş Adamları Konfederasiyaları Birliyinin adının dəyişdirilməsi təklif olunur

Qara dəniz və Xəzər dənizi İş Adamları Konfederasiyaları Birliyinin adının dəyişdirilməsi təklif olunur
# 03 dekabr 2008 11:50 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan yeni dövlətlərin marağını nəzərə alaraq Qara dəniz və Xəzər dənizi İş Adamları Konfederasiyaları Birliyinin (UBCCE) adının Avrasiya İş Adamları Konfederasiyaları Birliyi ilə əvəzlənməsini və struktur dəyişikliklərin aparılmasını təklif edib. Bu barədə «APA-Economics»ə təşkilatın vitse-prezidenti, Azərbaycan-Türkiyə İş Adamları Birliyi (ATİB) İdarə Heyətinin sədri Əhməd Erentok məlumat verib.
Ə.Erentokun sözlərinə görə, Azərbaycanın təklifinə UBCCE-nin 2009-cu ilin mart ayında keçiriləcək ümumi yığıncağında baxılacaq.
Hazırda UBCCE-yə Türkiyə sədrlik edir.
Qeyd edək ki, UBCCE 2006-cı ilin noyabr ayında 12 ölkənin 16 təşkilatının iştirakı ilə təsis olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR