Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin həcmi artıq 2 mlrd. dolları ötüb

Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin həcmi artıq 2 mlrd. dolları ötüb
# 03 dekabr 2008 13:10 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Cari ilin yanvar-oktyabr aylarında Azərbaycanla Rusiya arasında qarşılıqlı ticarət dövriyyəsinin həcmi 1,6 mlrd. ABŞ dolları təşkil edib. «APA-Economics»in məlumatına görə, bunu Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Yuri Şedrin bildirib.
Y.Şedrinin sözlərinə görə, bu, Azərbaycanın təqdim etdiyi statistik rəqəmdir: «Rusiya və Azərbaycanın statistikası arasında daim 350 mln. dollarlıq fərq müşahidə olunur. Rusiya statistikasına görə isə 10 aylıq ticarət dövriyyəsi 1,9 mlrd. dollar olacaq».
Y.Şedrin yanvar-noyabr aylarının yekunları əsasında isə ticarət dövriyyəsinin artıq 2 mlrd. dollarlıq həddi üstələyəcəyini vurğulayıb.
Ticarət nümayəndəsi dünyada baş verən maliyyə böhranının Rusiya iqtisadiyyatının müxtəlif sahələrində çalışan azərbaycanlı iş adamlarına təsir göstərmədiyini bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR