Yuri Şedrin: «Rusiyada 700-dən artıq müəssisənin rəhbəri azərbaycanlıdır»

Yuri Şedrin: «Rusiyada 700-dən artıq müəssisənin rəhbəri azərbaycanlıdır»
# 03 dekabr 2008 14:34 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakıda Bakıda Xəzər İnteqrasiya İşgüzar Klubunun (CIBC) təşkilatçılığı ilə «Azərbaycan-Rusiya əməkdaşlığı: vəziyyət və perspektivlər» mövzusunda iclas keçirilib. «APA-Economics»in məlumatına görə, tədbirdə çıxış edən Rusiyanın Azərbaycandakı səfiri Vasili İstratov iki ölkə arasında mövcud əlaqələrin hazırkı vəziyyətindən danışıb və qeyd edib ki, Azərbaycan və Rusiya iqtisadi əməkdaşlığın inkişafını davam etdirməli və daha da yaxşılaşdırmalıdır.
İclas çərçivəsində çıxış edən Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Yuri Şedrin qeyd edib ki, bu ilin yanvar-sentyabr ayları ərzində iki ölkə arasında ticarət dövriyyəsi ötən ilin analoji dövrü ilə müqayisədə 52,6% artıb: «Cari ilin yanvar-noyabr ayları ərzində isə ticarət dövriyyəsinin həcmi 2 mlrd. ABŞ dollarına çatacağı gözlənilir. Gələn il Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin həcminin təxminən 10% artacağı proqnozlaşdırılır».
Y.Şedrin həmçinin qeyd edib ki, Rusiyadan Azərbaycana idxal olunan malların 90%-i kimya məhsulları, avtomobil ehtiyat hissələri, tikinti və digər məhsullar təşkil edir. Y.Şedrinin sözlərinə görə, hazırda Rusiyada 54 Azərbaycan-Rusiya birgə müəssisəsi fəaliyyət göstərir: «Rusiyada fəaliyyət göstərən 700-dən artıq müəssisənin rəhbəri azərbaycanlıdır, 3 minə yaxın müəssisənin rəhbəri isə Azərbaycan miqrantlarıdır. Ümid edirəm ki, yaxın gələcəkdə Azərbaycan Rusiyada öz ticarət nümayəndəliyini açacaq ki, bu da iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişafına əlavə stimul verəcək».
Y.Şedrin onu da qeyd edib ki, artıq Azərbaycanda Rusiyanın «Baltika», «Vneştorqbank» və digər bu kimi iri şirkət və təşkilatları fəaliyyətə başlayıb.
Qeyd edək ki, tədbirdə CIBC-nin üzvləri, millət vəkilləri, diplomatik korpus, hökumətin iqtisadi blokunun nümayəndələri, Azərbaycan və Rusiyanın şirkət və təşkilatlarının rəsmi şəxsləri iştirak ediblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR