Gələn il Azərbaycanda Türkiyənin gömrük müşaviri fəaliyyətə başlayacaq

Gələn il Azərbaycanda Türkiyənin gömrük müşaviri fəaliyyətə başlayacaq
# 12 dekabr 2008 07:04 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Türkiyə gələn il Azərbaycanda gömrük müşavirliyini təsis edəcək. «APA-Economics»in məlumatına görə, bunu «Anadolu» agentliyinə Türkiyə Gömrük Müştəşarlığının Avropa İttifaqı və Xarici Əlaqələr Departamentinin müdiri Rza Mehmet Korkmaz bildirib.
R.Korkmaz 2009-cu ildə Azərbaycan, ABŞ, Çin, Almaniya, Rusiya, Qazaxıstan, Misir, Belçika və Bolqarıstanda gömrük müşavirinin fəaliyyətə başlayacağını bildirib. Gömrük müşavirlikləri bu ölkələrdə fəaliyyət göstərən Türkiyə vətəndaşlarına müvafiq məsələlərdə köməklik göstərəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR