Azərbaycanda keyfiyyətsiz məhsul istehsal edənlərə qarşı cərimələr sərtləşdiriləcək

Azərbaycanda keyfiyyətsiz məhsul istehsal edənlərə qarşı cərimələr sərtləşdiriləcək
# 12 dekabr 2008 12:06 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi keyfiyyətsiz məhsul istehsal edən müəssisələrə tətbiq olunan cərimə sanksiyalarının sərtləşdirilməsi məqsədi ilə təkliflər hazırlayaraq hökumətə təqdim edib. «APA-Economics»in məlumatına görə, bunu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov bildirib.
Cərimələrin böyük həcmdə olacağını deyən R.Həsənov bunun məbləğini açıqlamayıb. Komitə sədrinin sözlərinə görə, rəhbərlik etdiyi qurum ictimai iaşə obyektlərində xidmətlərin sertifikatlaşdırılması məsələsini də hökumət qarşısında qaldırıb və hazırda bu təkliflərə baxılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR