Gələn il Azərbaycan-Almaniya və Azərbaycan-Qazaxıstan biznes forumları keçiriləcək

Gələn il Azərbaycan-Almaniya və Azərbaycan-Qazaxıstan biznes forumları keçiriləcək
# 12 dekabr 2008 13:23 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Gələn ilin yanvar ayının əvvəlində Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) təşkilatçılığı ilə Almaniya-Azərbaycan biznes-forumu keçiriləcək. Bu barədə «APA-Economics»ə ASK-nın prezidenti Ələkbər Məmmədov məlumat verib.
Ə.Məmmədovun sözlərinə görə, biznes-forumda əsasən hər iki ölkənin tibb avadanlıqları və tibb xidmətləri sahələrində fəaliyyət göstərən iş adamlarının görüşləri keçiriləcək. Lakin forumun Almaniyanın hansı şəhərində keçiriləcəyi hələ müəyyənləşdirilməyib.
Ə.Məmmədov onu da qeyd edib ki, gələn il ərzində ASK-nın təşkilatçılığı ilə Aktauda Qazaxıstan-Azərbaycan biznes-forumu da keçiriləcək: «Qazaxıstanda, əsasən də Aktau şəhərində inşa olunan hər 10 binanın 5-ni azərbaycanlı iş adamları tikir. Ümumiyyətlə, Qazaxıstanda kifayət qədər azərbaycanlı iş adamı fəaliyyət göstərir. Biznes-forumun keçirilməsinin məqsədi iş adamlarını digər sahələrə də cəlb etməkdir».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR