Azərbaycanda xalq sənətinin inkişafına dair təkliflər hazırlanıb

Azərbaycanda xalq sənətinin inkişafına dair təkliflər hazırlanıb
# 12 dekabr 2008 13:50 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) ölkədə turizm sektoru və xalq sənətini inkişaf etdirmək məqsədilə təkliflər paketi hazırlayıb. «APA-Economics»in məlumatına görə, bunu ASK-nın prezidenti Ələkbər Məmmədov bildirib.
Ə.Məmmədovun sözlərinə görə, turizm və xalq sənəti sahələrində obyektlər yaratmaq üçün sahibkarlara daha çox dəstək vermək lazımdır: «Məhz bunu nəzərə alaraq, ASK təkliflər paketi hazırlayıb ki, infrastruktur yaradan sahibkarlara dəstək göstərilsin».
ASK prezidenti onu da qeyd edib ki, hazırda Azərbaycanda 400 min sahibkar subyekti mövcuddur. Bu da ölkə əhalisinin 4%-ni təşkil edir. Dünya praktikasında isə, əhalinin 10%-i sahibkarlıqla məşğuldur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR