Azərbaycanda «Palfood» şirkəti qeydiyyatdan keçib

Azərbaycanda «Palfood» şirkəti qeydiyyatdan keçib
# 15 dekabr 2008 11:59 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Vergilər Nazirliyinin «Bir pəncərə» sistemi ilə qida sənayesi sahəsində fəaliyyət göstərəcək «Palfood» Məhdud Məsuliyyətli Cəmiyyət qeydiyyatdan keçib.
Vergilər Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, şirkətin təsisçiləri rolunda «Palmali Bakı» MMC və bir fiziki şəxs (Mais Mənsimov) sıxış edir. Şirkət 11 min manat nizamnamə kapitalı ilə təsis olunub.
Qeyd edək ki, artıq «Palmali» Şirkətlər Qrupunun maliyyə dəstəyi ilə Lənkəranda süd emalı zavodu inşa olunub fəaliyyətə başlayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR