Bakıda «Azərbaycanda effektiv işəgötürənlər təşkilatları» mövzusunda seminar keçirilir

Bakıda «Azərbaycanda effektiv işəgötürənlər təşkilatları» mövzusunda seminar keçirilir
# 16 dekabr 2008 09:27 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakıda Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) və Beynəlxalq Əmək Təşkilatı (BƏT) tərəfindən təşkil olunmuş «Azərbaycanda effektiv işəgötürənlər təşkilatları» mövzusunda birgə seminar işə başlayıb.
ASK-dan «APA-Economics»ə verilən məlumata görə, üç gün davam edəcək seminarın məqsədi işəgötürənlər təşkilatlarının gücləndirilməsi, effektiv idarə olunması, fəaliyyətlərinin müasir dövrün tələblərinə uyğun qurulması üçün işəgötürənlər təşkilatlarının aparıcı əməkdaşlarının effektiv idarəetmə sahəsində maarifləndirilməsi, ixtisaslarının müntəzəm və sistemli artırılmasıdır.
Seminarda işəgötürənlər təşkilatlarının mahiyyəti, funksiyaları və strukturuna uyğun olaraq idarəetmə, biznes planlarının hazırlanması, menecmentin yaxşılaşdırılması, lobbiçilik və maraqların qorunması, üzvlük bazasının genişləndirilməsi və üzvlərlə işin düzgün qurulması, gəlirlərin və xidmətlərin formalaşdırılması, strategiya və fəaliyyət planlarının işlənib hazırlanması, tətbiqi və qiymətləndirilməsi və digər məsələlər müzakirə olunacaq.
Qeyd edək ki, seminar BƏT-in mütəxəssisləri tərəfindən aparılacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR