«Azərçay» brendi Moskva sərgisində mükafatlandırılıb

«Azərçay» brendi Moskva sərgisində mükafatlandırılıb
# 17 dekabr 2008 13:29 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Rusiya İntellektual mülkiyyət, patent və ticarət nişanları Federal Agentliyinin (Rospatent) təşkilatçılığı ilə Moskvada keçirilən «Ticarət nişanları və sənaye dizaynı-2008» adlı II ixtisaslaşmış sərgidə Azərbaycanın «Azersun Holding» Şirkətlər Qrupunun çay markası mükafata layiq görülüb. Bu barədə «APA-Economics»ə «Azersun Holding»in mətbuat xidmətindən məlumat verilib.
Sərgidə «Azersun Holding» «Azərçay» və «Maryam» çay brendlərini təqdim edib. «Azərçay» brendi «Ticarət nişanının işlənməsi və aktiv istifadəsinə» görə xüsusi diplomla təltif olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR