«Azersun Holding»in iki zavodu MDB Ölkələrinin Mükafatı uğrunda keçirilən müsabiqənin ilk mərhələsinin qalibi elan olunub

«Azersun Holding»in iki zavodu MDB Ölkələrinin Mükafatı uğrunda keçirilən müsabiqənin ilk mərhələsinin qalibi elan olunub
# 23 dekabr 2008 14:45 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi «Azersun Holding» Şirkətlər Qrupuna daxil olan İmişli Şəkər Zavodu və Qafqaz Konserv Zavodunu MDB Ölkələrinin Mükafatı uğrunda keçirilən müsabiqənin I mərhələsinin qalibi elan edib. Bu barədə «APA-Economics»ə «Azersun Holding»in mətbuat xidmətindən məlumat verilib.
Müsabiqə 2 ildən bir keçirilir. Müsabiqədə iştirak edəcək müəssisə, MDB-nin üzv ölkələri arasında seçimdə iştirak səviyyəsinə, 2 ildən az olmamaq şərti ilə istehsal olunan məhsulun yüksək keyfiyyət standartına malik olmasına, istehsal edilən məhsulun 2 ildən az olmamaq şərti ilə MDB ölkələrinə ixrac edilməsi və ya xidmətlərin göstərilməsi tələblərinə cavab verməlidir. Mükafat, yerlərdə ekspertiza etmə və materialların ekspert qiymətləndirməsi əsasında hər kateqoriyadan olan namizədlərdən müsabiqə əsasında seçmə yolu ilə ən yaxşı müəssisəyə verilir.
Qeyd edək ki, 2006-cı ildə fəaliyyətə başlayan İmişli Şəkər Zavodu ildə 500 min ton şəkər istehsalı potensialı ilə ölkənin şəkərə olan tələbatını tam ödəyir. Xaçmaz şəhərində fəaliyyət göstərən Qafqaz Konserv Zavodu isə «Bizim Tarla», «Bostan», «Final», «SuperSun» markaları altında mürəbbə, kompot, turşu məhsulları istehsal edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR