Ukrayna ilə Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 1 milyard dollara çatıb

Ukrayna ilə Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 1 milyard dollara çatıb
# 25 dekabr 2008 09:51 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Azərbaycan ilə Ukrayna arasında ticarət dövriyyəsinin həcmi 1 milyard ABŞ dollarına çatıb. Bu barədə APA-ya Ukraynanın Azərbaycandakı səfirliyinin ticarət iqtisadi missiyasından məlumat verilib. Məlumata əsasən, iki ölkə arasında ticarət dövriyyəsinin həcmi ötən ilə nisbətən 50 faiz artıb. İki ölkə arasında vahid sərhədin olmamasına baxmayaraq, Ukrayna Azərbaycana məhsul ixrac edən ölkələr sırasında Almaniya ilə birlikdə 3-4-cü yerləri bölüşdürür. Missiyadan bildiriblər ki, gələn il Azərbaycandan Ukraynaya neft-kimya sənayesi məhsullarının ixracına başlanarsa, ticarət dövriyyəsinin həcmini 1,5 milyard ABŞ dollarına çatdırmaq imkanı var.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR