Azərbaycan spirtli içki, tütün və tütün məmulatlarının idxalını azaldıb

Azərbaycan spirtli içki, tütün və tütün məmulatlarının idxalını azaldıb
# 29 dekabr 2008 10:57 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin yanvar-noyabr aylarında xaricdən Azərbaycana 1 639,3 min ABŞ dolları dəyərində 1 587 473,2 litr spirt, 15 105,4 min dollar dəyərində 11 223 309,7 litr həcmində spirtli içkilər idxal olunub. Bu barədə «APA-Economics»ə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Ölkəyə idxal olunan spirtin həcmi 2007-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə 22,2% artıb, spirtli içkilərin idxalı isə 12,9% azalıb.
Hesabat dövründə ölkəyə xaricdən 5 770 min dollar dəyərində 2 902,2 ton tütün, 175 151 min dollar dəyərində 9 936 873,8 min ədəd tütün məmulatı gətirilib ki, bu da 2007-ci ilin 11 ayı ilə müqayisədə müvafiq olaraq 24,7% və 6,7% azdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR