Azərbaycanda «Qış festivalı» lotereyasının keçirilməsi dayandırılıb

Azərbaycanda «Qış festivalı» lotereyasının keçirilməsi dayandırılıb
# 30 dekabr 2008 10:53 (UTC +04:00)
QKDK-dan «APA-Economics»ə bildirib ki, Komitənin lotereyanın keçirilməsini «Lotereyalar haqqında» qanunun 8.9.2-ci bəndinə əsasən qadağan etməsinə baxmayaraq, KİV-də və bir sıra nəqliyyat vasitələrinin üzərində «Qış festivalı» stimullaşdırıcı lotereyada iştirak etmək təklifi və reklamı aşkar edilib.

Bununla əlaqədar «Stentor» çoxsahəli müəssisəsi keçirilməsi qadağan edilmiş stimullaşdırıcı lotereyaların və qeydiyyata alınmamış digər lotereyaların keçirilməsinə və reklamına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 221-1.0.1-ci maddəsi üzrə cərimələnib və «Lotereyalar haqqında» qanunun 9.1-ci bəndinə müvafiq olaraq QKDK sədrinin dekabrın 30-na olan əmri ilə «Qış festivalı» stimullaşdırıcı lotereyanın keçirilməsi dayandırılıb.

Hazırda QKDK tərəfindən lotereya iştirakçılarının hüquqlarının müdafiəsi məqsədilə əlavə tədbirlər görülür.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR