Azərbaycanda keçirilən son pul hərracında iki səhmdar cəmiyyətinin səhmləri satılıb

Azərbaycanda keçirilən son pul hərracında iki səhmdar cəmiyyətinin səhmləri satılıb
# 08 yanvar 2009 07:19 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Ötən ilin dekabr ayının 23-də Azərbaycanda keçirilmiş 493-cü pul hərracında iki səhmdar cəmiyyətinin səhmləri satılıb. Bu barədə «APA-Economics»ə Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bunlar, «Gəncə Şərab-1» və «Goranboy Aqrotexservis» səhmdar cəmiyyətləridir. Səhmdar cəmiyyətlərinin ümumi nizamnamə kapitalı 1 184 402 manat, buraxılmış səhmlərinin ümumi sayı 592 200, bir səhmin nominal dəyəri 2 manatdır. Satışa ümumi nominal dəyəri 356 294 manat, hərrac qiyməti isə 178 147 manat olan 178 147 səhm çıxarılıb. Satışa çıxarılmış hər iki müəssisənin bütün səhmləri ilkin hərrac qiymətinə satılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR