Sabah Bakıda Azərbaycan-Estoniya biznes-forumu keçiriləcək

Sabah Bakıda Azərbaycan-Estoniya biznes-forumu keçiriləcək
# 12 yanvar 2009 07:44 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar ayının 13-də Azərbaycan İqtisadi İnkişaf Nazirliyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə Bakıda Azərbaycan-Estoniya biznes-forumu keçiriləcək.
Azpromo-dan «APA-Economics»ə verilən məlumata görə, biznes-forum Estoniya prezidenti Toomas Hendrik İlvesin Azərbaycana rəsmi səfəri çərçivəsində təşkil olunacaq. Tədbirdə Estoniyanın 20-yə yaxın, Azərbaycanın isə 100-ə yaxın İKT, konsaltinq, daşınmaz əmlak, maliyyə, nəqliyyat və digər sahələrdə fəaliyyət göstərən şirkətlərin nümayəndələri iştirak edəcək. Biznes-forum çərçivəsində Azərbaycan və Estoniya iş adamları arasında ikitərəfli görüşlərin keçirilməsi də nəzərdə tutulub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR