Azərbaycanın tibb sahəsində fəaliyyət göstərən şirkətlərin nümayəndə heyəti sabah işgüzar səfərlə Almaniyaya gedəcək

Azərbaycanın tibb sahəsində fəaliyyət göstərən şirkətlərin nümayəndə heyəti sabah işgüzar səfərlə Almaniyaya gedəcək
# 12 yanvar 2009 08:52 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar ayının 13-17-də Azərbaycanda tibb sahəsində fəaliyyət göstərən şirkətlərin Frankfurta (Almaniya) işgüzar səfəri təşkil olunacaq. Səfərin təşkilatçısı rolunda Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) və Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti (GTZ) çıxış edir.
ASK-dan «APA-Economics»ə verilən məlumata görə, səfərin məqsədi Azərbaycanda və Almaniyada fəaliyyət göstərən tibb şirkətləri arasında işgüzar əlaqələrin genişləndirilməsi və onlar arasında əməkdaşlığın yaradılmasından ibarətdir. Səfər çərçivəsində Azərbaycanın nümayəndə heyəti Frankfurtda yerləşən və regionda ən böyük sayılan (Berlində fəaliyyət göstərən Max-Plansk İnstitutunun nəzdində təşkil olunmuş) Kerskhoff İnstitutu və Hospitalı ziyarət edib və İnstitutun baş direktoru ilə görüş keçirəcək.
Səfər zamanı Azərbaycan iş adamları üçün Frankfurtda fəaliyyət göstərən digər özəl tibb şirkətləri və tibb avadanlıqları istehsal edən şirkətlərlə də görüşlərin keçirilməsi nəzərdə tutulub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR