«Iteca Caspian» dünya maliyyə böhranına baxmayaraq, Azərbaycan sərgilərin sayını azaltmayacaq

«Iteca Caspian» dünya maliyyə böhranına baxmayaraq, Azərbaycan sərgilərin sayını azaltmayacaq
# 13 yanvar 2009 11:07 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Hazırda dünyada müşahidə olunan maliyyə böhranına baxmayaraq, Azərbaycan iqtisadiyyatının müxtəlif sahələri üzrə keçirilən sərgi və konfranslar tam şəkildə yerinə yetiriləcək. «APA-Economics»in məlumatına görə, bunu Böyük Britaniyanın «ITE Group» şirkətinin Qafqazdakı eksklüziv tərəfdaşı olan «Iteca Caspian» şirkətinin direktoru Fərid Məmmədov bildirib.
F.Məmmədovun sözlərinə görə, maliyyə böhranı qlobal şəkildə «ITE Group» şirkətinə də təsir göstərib. Lakin Azərbaycanda nəzərdə tutulmuş heç bir sərgi təxirə salınmayacaq: «Son 3 il ərzində sərgilərin artımı 20-40% arasında olub. Düzdür, maliyyə böhranına görə bu ilki sərgilərdə bu artımı görə bilməsək də, düşünürəm ki, 5-10% artıma nail ola biləcəyik».
F.Məmmədov onu da qeyd edib ki, maliyyə böhranı ilə əlaqədar sərgi ekspozisiyalarının qiymətlərinin aşağı salınması gözlənilmir.
Qeyd edək ki, 2009-cu ildə «Iteca Caspian» şirkəti Azərbaycanda 23 ixtisaslaşdırılmış sərgi və 2 konfrans keçirəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR