Azərbaycanda ilk dəfə beynəlxalq kommersiya arbitrajı üzrə praktikum keçiriləcək

Azərbaycanda ilk dəfə beynəlxalq kommersiya arbitrajı üzrə praktikum keçiriləcək
# 13 yanvar 2009 13:47 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin fevral ayının 11-13-də Stokholm (İsveç) Ticarət Palatası, «Baker&McKenzie – CIS, Limited» audit şirkəti və Beynəlxalq Arbitraj və Mediasiya Mərkəzinin təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə olaraq Beynəlxalq Kommersiya Arbitrajına dair intensiv praktikum keçirəcək.
«Baker&McKenzie – CIS, Limited» şirkətinin Bakı ofisindən «APA-Economics»ə verilən məlumata görə, praktikum beynəlxalq arbitraj ekspertlərinin rəhbərliyi ilə mühazirələrdən və işçi qrupunun sessiyalarından ibarət olacaq. Praktiki sessiyalar tərəflərin ərizələrinin hazırlanması və şifahi dinləmələr də daxil olmaqla, səhnələşdirilmiş arbitraj məsələlərindən təşkil ediləcək. Bundan başqa, iştirakçılar bu məsələlərin onlar tərəfindən təqdimatında da iştirak edəcəklər.
Praktikum bütün yerli və Azərbaycanda fəaliyyət göstərən hüquqşünaslar üçün nəzərdə tutulub. Bütün iştirakçılar kurs bitdikdən sonra Stokholm Kommersiya Palatasının Arbitraj İnstitutu tərəfindən sertifikatlarla təltif olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR