Bakıda daşınmaz əmlakın qiymətləndirilməsinə dair kurslar keçiriləcək

Bakıda daşınmaz əmlakın qiymətləndirilməsinə dair kurslar keçiriləcək
# 14 yanvar 2009 08:10 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Bu ilin fevral ayının 9-da Bakıda daşınmaz əmlakın qiymətləndirilməsi üzrə bir həftəlik ödənişsiz kurslar başlanacaq. Azərbaycan Qiymətləndiricilər Cəmiyyətindən (AQC) «APA-Economics»ə verilən məlumata əsasən, kurslar Beynəlxalq Maliyyə Korporasiyası və USAİD-in dəstəyi və xarici mütəxəssislərin iştirakı ilə keçiriləcək.
Həmin kursların iştirakçılarına daşınmaz əmlakın qiymətləndirilməsi sahəsində peşə-ixtisasının təkmilləşdirilməsi və yüksəldilməsi istiqamətində müvafiq şəhadətnamələr veriləcək. Kurslarda iştirak üçün sənədlərin qəbulu fevralın 6-dək davam edir.
AQC-dan həmçinin bildirilib ki, daha sonra bu cür kursların daşınar əmlak, intellektual mülkiyyət, qiymətli daş-qaşlar və zinət əşyaları, habelə biznesin (müəssisələrin) qiymətləndirilməsi kimi mövzular üzrə də keçirilməsi nəzərdə tutulur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR