«Yevlax Ekspress Nəqliyyat» ASC-nin 30% səhmi satılıb

«Yevlax Ekspress Nəqliyyat» ASC-nin 30% səhmi satılıb
# 14 yanvar 2009 12:00 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi (DƏİEDK) tərəfindən 2008-ci ilin dekabr ayının 30-da keçirilmiş 494-cü pul hərracında «Yevlax Ekspress Nəqliyyat» ASC-nin səhmləri satılıb. Bu barədə «APA-Economics»ə DƏİEDK-dən məlumat verilib.
Səhmdar cəmiyyətin nizamnamə kapitalı 281 421,6 manat, buraxılmış səhmləri 140 710 ədəd, bir səhmin nominal dəyəri 2 manatdır. Satışa ümumi nominal dəyəri 84 518 manat, ilkin hərrac qiyməti 42 259 manat təşkil edən 42 259 səhm çıxarılıb. Satışa çıxarılmış səhmlərin hamısı ilkin hərrac qiymətinə satılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR