Azərbaycanla Estoniya arasında qarşılıqlı investisiya qoyuluşlarına dair razılıq əldə olunub

Azərbaycanla Estoniya arasında qarşılıqlı investisiya qoyuluşlarına dair razılıq əldə olunub
# 14 yanvar 2009 14:51 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Estoniyanın iqtisadiyyat və İKT naziri Yuhan Parts estoniyalı iş adamlarından ibarət nümayəndə heyətinin yanvarın 12-14-də Azərbaycana səfərinin nəticələri ilə bağlı bu gün Bakıda mətbuat konfransı keçirib.
«APA-Economics»in məlumatına görə, Y.Parts qeyd edib ki, səfərin əsas məqsədi iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi, münasibətlərin inkişaf etdirilməsi olub. Səfər nəticəsində hər iki ölkənin iqtisadiyyatına qarşılıqlı investisiya qoyuluşları ilə bağlı məsələlər üzrə bir neçə razılıq əldə edilib.
Bununla yanaşı, Estoniya və Azərbaycanın bank və İKT sektorlarında fəaliyyət göstərən şirkət və təşkilatların nümayəndələrindən ibarət qrupların təcrübə mübadiləsi aparmağa hazır olduqları bildirilib.
Y.Parts əlavə edib ki, Estoniyada ödəniş əməliyyatlarının 95%-i ID-kart və elektron imza vasitəsi ilə ofisdən və ya evdən çıxmadan həyata keçirilir. Bununla yanaşı bildirilib ki, Estoniyanın Azərbaycanda həyata keçirilən elektron-hökumət (e-goverment) layihəsinin icrasında xüsusi yaradılmış «E-goverment Laboratoriyası» şirkətlər konsorsiumu vasitəsi ilə iştirak edəcəyi gözlənilir. Artıq yaxın vaxtlarda bununla bağlı iki ölkənin İKT üzrə dövlət qurumları arasında müvafiq sazişin bağlanması nəzərdə tutulub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR