Azərbaycan Sahibkarlar Konfederasiyası ilə Almaniyanın «Mecklenburg-Woprommern» İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalanacaq

Azərbaycan Sahibkarlar Konfederasiyası ilə Almaniyanın «Mecklenburg-Woprommern» İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalanacaq
# 19 yanvar 2009 07:18 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar ayının 23-də Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) ilə Almaniyanın «Mecklenburg-Woprommern» İnstitutu arasında «Sosial Dialoq Sahəsində Əməkdaşlıq» layihəsi üzrə əməkdaşlıq müqaviləsi imzalanacaq.
ASK-dan «APA-Economics»ə verilən məlumata görə, layihənin məqsədi Azərbaycanda sosial tərəfdaşlar (hökumət, işəgötürənlər və həmkarlar) arasında sosial dialoqun inkişaf etdirilməsi, əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, üzvlərə göstərilən xidmətlərin və lobbiçilik fəaliyyətinin təkmilləşdirilməsi sahəsində qabaqcıl Avropa təcrübəsinin öyrənilməsi və tətbiq edilməsidir.
Qeyd edək ki, layihə Beynəlxalq Əmək Təşkilatının dəstəyi ilə həyata keçirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR