Azərbaycan Sahibkarlar Konfederasiyası «Uşaq əməyinə yox deyək» kitabının çapına başlayıb

Azərbaycan Sahibkarlar Konfederasiyası «Uşaq əməyinə yox deyək» kitabının çapına başlayıb
# 19 yanvar 2009 10:07 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) Beynəlxalq Əmək Təşkilatının (BƏT) dəstəyi ilə 2004-2008-ci illər ərzində həyata keçirilən «Kənd təsərrüfatında uşaq əməyinin aradan qaldırılmasında işəgötürənlərin rolu» layihəsi çərçivəsində işəgötürənlər üçün tədris vəsaitlərinin hazırlanması məqsədilə yeni redaktədə «Uşaq əməyinə yox deyək» kitabının çapına başlayıb.
ASK-dan «APA-Economics»ə verilən məlumata görə, kitab 2007-ci ildə nəşr edilib. Kitabda yeni məlumatlar verilib, həmçinin BƏT-in uşaq əməyi ilə bağlı nəşrlərindən, milli qanunvericilik sənədləri və BƏT-in müvafiq Konvensiyalarından, kənd təsərrüfatında uşaq əməyi ilə bağlı ASK-nın apardığı araşdırmaların nəticələrindən, UNICEF-in ölkədə uşaqların vəziyyəti üzrə hesabatlarından, həmçinin digər uşaq təşkilatlarının rəsmi məlumatlarından istifadə edilib. Bu vəsait işəgötürənlərə uşaq əməyi məfhumunu anlamaqda, uşaq əməyi ilə bağlı milli qanunvericilik və beynəlxalq əmək normaları haqqında məlumat əldə etməkdə, həmçinin uşaq əməyi ilə mübarizə aparmaq üçün strategiya və fəaliyyət planı hazırlamaqda kömək edəcək.
Beş fəsildən ibarət olan kitabda Azərbaycanın kənd təsərrüfatı sektorunda, xüsusilə, pambıqçılıq, çayçılıq və tütünçülük sahələrində aparılan araşdırma və monitorinqlərin nəticələri, burada istifadə olunan uşaq əməyinin səbəb və nəticələri, problemin həlli üçün atılan addımlar və tövsiyələr, son dövrlərdə əldə edilmiş nailiyyətlər və digər məlumatlar əksini tapıb.
Qeyd edək ki, kitabdan uşaq əməyinin ləğv edilməsində maraqlı olan digər tərəflər də faydalana bilər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR