Ötən il Azərbaycanda ticarət şəbəkəsindən istehlak mallarının satışı 16% artıb

Ötən il Azərbaycanda ticarət şəbəkəsindən istehlak mallarının satışı 16% artıb
# 20 yanvar 2009 07:22 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il ərzində Azərbaycanda ticarət şəbəkəsindən əhaliyə 10,9 mlrd. manatlıq və ya 2007-ci ildəkindən 16,1% çox istehlak malları satılıb.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, istehlak mallarının 7 mlrd. manatını ərzaq, 3,9 mlrd. manatını qeyri-ərzaq malları təşkil edib və onların satışı 2007-ci il illə müqayisədə müvafiq olaraq 10,7% və 30% faiz artıb.
Ölkə üzrə pərakəndə əmtəə dövriyyəsinin 16%-i hüquqi şəxslərin, 43,5%-i mütəşəkkil təşkil olunmuş yarmarka və bazarlarda fəaliyyət göstərən fiziki şəxslərin, 40,5%-i isə hüquqi şəxs yaratmadan ticarət fəaliyyəti göstərən fərdi sahibkarların hesabına formalaşıb. İl ərzində əhaliyə 3,4 mlrd. manatlıq və ya 29,7% çox pullu xidmət göstərilib. Xidmətin 80,3%-i hüquqi, 19,7%-i fiziki şəxslərin payına düşüb və onlar tərəfindən əhaliyə müvafiq olaraq 36,7% və 7,3% çox pullu xidmət göstərilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR