Azərbaycanda keçirilən son pul hərracında daha iki ASC-nin səhmləri satılıb

Azərbaycanda keçirilən son pul hərracında daha iki ASC-nin səhmləri satılıb
# 21 yanvar 2009 11:07 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin (DƏİEDK) yanvarın 13-də keçirdiyi 496-cı pul hərracında 2 səhmdar cəmiyyətinin səhmləri satılıb. Bunlar, «Salyan Tikinti» və «Ağstafa Tikinti Quraşdırma» səhmdar cəmiyyətləridir. Bu barədə «APA-Economics»ə DƏİEDK-dən məlumat verilib.
Səhmdar cəmiyyətlərinin ümumi nizamnamə kapitalı 118 755 manat, buraxılmış səhmlərin ümumi sayı 59 377 ədəd, bir səhminin nominal dəyəri 2 manatdır. Hər iki müəssisənin satışa ümumi nominal dəyəri 38 546 manat, ilkin hərrac qiyməti 19 273 manat olan 19 273 səhmi çıxarılıb. Satışa çıxarılmış səhmlərin hamısı ilkin hərrac qiymətinə satılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR