Azərbaycanda balıq ovu sahəsində ixtisaslaşmış müəssisənin satışı üzrə investisiya müsabiqəsi keçirilir

Azərbaycanda balıq ovu sahəsində ixtisaslaşmış müəssisənin satışı üzrə investisiya müsabiqəsi keçirilir
# 22 yanvar 2009 06:51 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Azərbaycan Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi (DƏİEDK) «Səyyar Dəniz Balıq Ovu» ASC-nin səhmlərinin 99,79%-nin (99%+səhmlərin əmək kollektivinə güzəştli satışından qalan 14,79%) satışı üzrə investisiya müsabiqəsi elan edib. Müsabiqədə yerli və xarici investorlar iştirak edə bilərlər. Bu barədə «APA-Economics»ə DƏİEDK-dən məlumat verilib.
Bakı şəhəri Xətai rayonu, Zığ şossesi,37 ünvanında yerləşən müəssisənin əsas fəaliyyət növü balıq ovunun təşkili, ovlanan balıqların emalı və satışının təşkilindən ibarətdir.
Səhmdar cəmiyyətinin nizamnamə kapitalı 92 718 manat, buraxılmış səhmləri 46 359 ədəd, səhmlərin növü «sənədsiz adlı», 1 səhmin nominal dəyəri 2 manatdır. İnvestisiya müsabiqəsində satışa ümumi nominal dəyəri 92 526 manat təşkil edən 46 263 səhm çıxarılıb. Səhmdar cəmiyyətinin digər müəssisələrdə iştirak payı və qeyri-maddi aktivləri yoxdur.
Səhmdar cəmiyyətinin cəmi öhdəlikləri 13 285 manat, o cümlədən əməkhaqqı və ona bərabər borcları 2 079 manat, mal, iş və xidmətlərə görə borclar 564 manat, debitor borcları isə 6 084 manatdır.
İddiaçıların ərizə və təkliflərinin qəbulu fevral ayının 24-dək aparılacaq. Müsabiqə Komissiyası tərəfindən təkliflərin qiymətləndirilməsinə isə fevralın 26-da başlanılacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR