Norveçdən olan iş adamları Şəkiyə səfər edib

Norveçdən olan iş adamları Şəkiyə səfər edib
# 01 aprel 2009 10:26 (UTC +04:00)
Şəki. Vüqar Heydərov-APA. Bir qrup Norveçli iş adamları Şəkiyə səfər edib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Şəki rayon İcra Hakimiyyətindən məlumat verilib. Şəki RİH-dən APA-ya verilən məlumata əsasən, Norveç Xarici İşlər Nazirliyinin təşəbbüsü ilə RettOst firmasının, Norveç bələdiyyələrinin və kommunal servisinin dövlət təşkilatının rəhbərlərinin Şəkiyə iki günlük işgüzar səfəri başlayıb. Səfərin məqsədi lokal ekologiya inkişaf proyektinin bir hissəsi olaraq, gələcəkdə dövlətlər arası əməkdaşlığın artırılmasıdır. Nümayəndə heyətini bu gün səhər Şəki rayon icra hakimiyyəti başçısı Nazim İbrahimov qəbil edib. Görüşdə N. İbrahimov qonaqlara Şəki haqqında geniş və ətraflı məlumat verib. Norveç nümayəndə heyəti bu gün Şəki və kənd bələdiyyələri ilə görüşlər keçirəcək. Norveç nümayəndə heyətinin Şəkiyə iki günlük səfəri başa çatdıqdan sonra qonaqlar Zaqatala rayonuna səfər edəcəklər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR