Azərbaycan sahibkarları İzmirdə keçiriləcək beynəlxalq mebel sərgisində iştirak edəcək

Azərbaycan sahibkarları İzmirdə keçiriləcək beynəlxalq mebel sərgisində iştirak edəcək
# 01 aprel 2009 13:53 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin aprel ayının 8-12-də Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) təşkilatçılığı ilə Azərbaycan sahibkarları İzmirdə (Türkiyə) keçiriləcək «MODEKO 2009» beynəlxalq mebel sərgisində iştirak edəcəklər.
ASK-dan «APA-Economics»ə verilən məlumata görə, sərginin təşkil edilməsində məqsəd müxtəlif növ mebel, ev dekorasiyasının bilavasitə istehsalçısı və alıcısı arasında əməkdaşlıq əlaqələrinin yaradılmasıdır.
Sərgidə klassik və modern mebellər, masa oturacaqları, uşaq və gənclər üçün mebel dəstləri, ofis, mətbəx, bağça mebelləri, ev dekorasiyası, işıqlandırma avadanlıqları və digər məhsulların istehsalı və satışı ilə məşğul olan 180-dən çox şirkət iştirak edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR