Bakıda standartlara cavab verməyən məhsul istehsal edən daha iki müəssisə bağlanıb

Bakıda standartlara cavab verməyən məhsul istehsal edən daha iki müəssisə bağlanıb
# 03 aprel 2009 13:30 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) müfəttişləri tərəfindən həyata keçirilən nəzarət tədbirləri nəticəsində 2 müəssisədə ciddi nöqsanlar aşkar edilib. Bu barədə «APA-Economics»ə SMPDK-in mətbuat xidmətindən məlumat verilib.

Araşdırmalar zamanı Bakı şəhərində unlu qənnadı məmulatlar istehsalı ilə məşğul olan fiziki şəxs Oruc Hümmətov və fiziki şəxs Akif Vəliyevə məxsus müəssisələrdə fiziki-kimyəvi göstəricilərə, markalanmaya və s. tələblərə görə normativ sənədlərə cavab verilmədiyi, hazır məhsulların laborator müayinəsinin aparılmadığı, uyğunluq və gigiyenik sertifikatları, habelə lazımi istehsal şəraitinin olmadığı, antisanitariya faktları aşkarlanıb.

İstehsal qaydaları kobud şəkildə pozulmuş müəssisə rəhbərlərinə məhsul növünün istehsalı və satışının qadağan edilməsi barədə tələbnamə verilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR