Azərbaycan sahibkarları Karlsruedə keçiriləcək beynəlxalq satış yarmarkasında iştirak edəcəklər

Azərbaycan sahibkarları Karlsruedə keçiriləcək beynəlxalq satış yarmarkasında iştirak edəcəklər
# 03 aprel 2009 14:46 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin aprel ayının 21-25-də Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) təşkilatçılığı ilə Azərbaycan sahibkarları Karlsruedə (Almaniya) keçiriləcək XV Beynəlxalq İkinci əl Avadanlıqlarının Satış Yarmarkasında iştirak edəcək.
ASK-dan «APA-Economics»ə verilən məlumata görə, sərginin təşkil edilməsində məqsəd işlənmiş, yeni avadanlıqlar və dəzgahların bilavasitə istehsalçısı və alıcısı arasında əməkdaşlıq əlaqələrinin yaradılmasına yardımçı olmaqdan ibarətdir.
Sərgidə 30 ölkədən metal, ağac emalı, tikinti maşınları, kənd təsərrüfatı maşınları, kimya və əczaçılıq, ölçmə və sınaq cihazları, toxuculuq, çap avadanlıqları, IT texnologiyalar, qablaşdırma, meyvə emalı və s. sahələrdə avadanlıqlar istehsalı və satışı ilə məşğul olan şirkətlər iştirak edəcək. Sərgidə həmçinin ASK-nın xətti ilə müxtəlif sahələrdə fəaliyyət göstərən 20-dək yerli şirkətləri təmsil edən iş adamları iştirak edəcəklər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR