Azərbaycan Baltikyanı ölkələrin iqtisadi zonaların yaradılması təcrübəsini yaxından öyrənəcək

Azərbaycan Baltikyanı ölkələrin iqtisadi zonaların yaradılması təcrübəsini yaxından öyrənəcək
# 07 aprel 2009 11:09 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Yaxın vaxtlarda «Xüsusi iqtisadi zonalar haqqında» qanun layihəsi Azərbaycan Milli Məclisində üçüncü oxunuşda müzakirəyə çıxarılacaq. «APA-Economics»in məlumatına görə, bunu iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov bildirib.
Nazir müavininin sözlərinə görə, sonuncu oxunuşdan sonra qanun layihəsinin qanunvericilik proseduraları imzalanıb dərc olunacaq: «Bütün bu məsələlər başa çatdırılandan sonra biz bu işin tətbiqinə başlayacağıq».
Bundan başqa N.Səfərov qeyd edib ki, Azərbaycan Baltikyanı ölkələrin təcrübəsini yaxından öyrənməlidir. Belə ki, Baltikyanı ölkələrin xüsusi iqtisadi zonalar sahəsində müəyyən təcrübələri mövcuddur: «Bu ölkələr 1990-cı illərin ortalarında, sonunda və 2000-ci ildən başlayaraq bu sahədə qanunvericilik bazası formalaşdırıb və praktiki tətbiqə başlayıb. Güman edirəm ki, Azərbaycan bu təcrübəni yaxından öyrənib, həmin ölkələrin qanunvericiliyini araşdıracaq».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR