Azərbaycan və Litva sahibkarları arasında bir neçə müqavilə imzalana bilər

Azərbaycan və Litva sahibkarları arasında bir neçə müqavilə imzalana bilər
# 07 aprel 2009 11:28 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan-Litva biznes-forumu çərçivəsində iki ölkənin sahibkarları arasında aparılan işgüzar danışıqların yekununda bir sıra müqavilələrin imzalanması gözlənilir. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycanın iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov bildirib.
N.Səfərovun sözlərinə görə, belə görüşlərin keçirilməsində əsas məqsəd iki ölkə arasında konkret layihələrin həyata keçirilməsi istiqamətində real addımın atılmasıdır: «Azərbaycan və Litva arasında konkret layihələr üzrə heç bir sənəd imzalanmasa da, iki ölkənin sahibkarları arasında bir sıra müqavilənin imzalanması gözlənilir».
Qeyd edək ki, bu gün Bakıda keçirilən biznes-forumda iki ölkənin sahibkarları əsasən yüngül sənaye, turizm, qida sənayesi və iqtisadiyyatın bir sıra digər sahələrini təmsil edir. Ötən il ərzində Azərbaycanla Litva arasında ticarət dövriyyəsinin həcmi 26,3 mln. ABŞ dolları təşkil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR