«Kürdəmir Məişət» SC-nin səhmləri satılıb

«Kürdəmir Məişət» SC-nin səhmləri satılıb
# 13 aprel 2009 09:25 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi (DƏİEDK) tərəfindən aprelin 7-də keçirilmiş 507-ci pul hərracında bir səhmdar cəmiyyətinin səhmləri satılıb. Bu barədə «APA-Economics»ə DƏİEDK-dən məlumat verilib.

Səhmləri satılmış «Kürdəmir Məişət» SC-nin nizamnamə kapitalı 24 696,40 manat, buraxılmış səhmləri 12 349, bir səhmin nominal dəyəri 2 manatdır. Hərraca ümumi nominal dəyəri 7 426 manat, ilkin hərrac qiyməti isə 3 713 manat təşkil edən 3 713 səhm çıxarılıb və hamısı ilkin hərrac qiymətinə olmaqla satılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR