Türkiyənin Azərbaycandakı səfiri «AGT MMTX», «ATTAS», «Libra» və «R.I.S.K.» şirkətlərinin rəsmiləri ilə görüşüb

Türkiyənin Azərbaycandakı səfiri «AGT MMTX», «ATTAS», «Libra» və «R.I.S.K.» şirkətlərinin rəsmiləri ilə görüşüb
# 13 aprel 2009 11:33 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç və Şimali Kipr Türk Respublikasının Azərbaycandakı təmsilçisi Zeki Qazioğlu ATİB üzvü olan şirkətlərin nümayəndələri ilə görüşüblər. Bu barədə «APA-Economics»ə ATİB-in mətbuat xidmətindən məlumat verilib.
Görüşdə ATİB İdarə Heyətinin sədr müavini Ali İhsan Genç və İdarə Heyətinin üzvü İhsan Fatoğulu da iştirak edib. Diplomatlar öncə «AGT MMTX», «ATTAS», «Libra Limited Liability» və «R.I.S.K.» Elmi İstehsalat Şirkətində olublar. Görüşlər zamanı hər bir şirkətin fəaliyyəti barədə diplomatlara məlumat verilib. Qarşılıqlı fikir mübadiləsi aparılıb və iki ölkə arasındakı potensial əməkdaşlıq imkanları dəyərləndirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR