Bakıda Azərbaycan-Latviya biznes-forumu keçiriləcək

Bakıda Azərbaycan-Latviya biznes-forumu keçiriləcək
# 14 aprel 2009 07:21 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin aprel ayının 17-də Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə Bakıda Azərbaycan-Latviya biznes-forumu keçiriləcək.
Azpromo-dan «APA-Economics»ə verilən məlumata görə, Latviya nümayəndə heyətinə 13 şirkətin nümayəndələri daxil olacaq ki, bunlar təhlükəsizlik sistemləri, İKT, qida sənayesi, maliyyə, o cümlədən bankçılıq sahəsində fəaliyyət göstərən şirkət və təşkilatlardır: «Azərbaycan tərəfindən isə biznes-foruma analoji sahələrdə fəaliyyət göstərən 30-40 şirkət nümayəndəsi qatılacaq».
Qeyd edək ki, biznes-forum çərçivəsində Azərbaycan və Latviya iş adamları arasında ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR