Azərbaycan sahibkarlar üçün güzəştli kreditlərin şərtlərini yumşaldır

Azərbaycan sahibkarlar üçün güzəştli kreditlərin şərtlərini yumşaldır
# 14 aprel 2009 11:32 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Azərbaycanın 2009-cu il dövlət büdcəsinin icrası ilə əlaqədar Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) əsasnaməsi və Fondun vəsaitlərinin istifadə qaydalarının yeni redaksiyada hazırlanmış layihələri ölkə prezidentinə təqdim olunub. APA-nın məlumatına görə, bunu SKMF-in sədri Şirzad Abdullayev bildirib.
Bu sənədlərin yaxın vaxtlarda təqdis olunacağına ümid edən fond sədri qeyd edib ki, əsasnamə və qaydaların yenidən hazırlanmasının əsas məqsədi sahibkarlar üçün SKMF-in vəsaitlərinə çıxış imkanlarını sadələşdirməkdir. Yeni qaydaların mahiyyətini açıqlayan Ş.Abdullayevin sözlərinə görə, artıq sahibkarlar investisiya layihələrini birbaşa SKMF-ə təqdim etməyəcəklər. Həmin investisiya layihələri müvəkkil banklar vasitəsilə Fonda təqdim olunacaq ki, bu da sahibkarlıq subyektlərinə vaxtlarına qənaət etməsinə imkan yaradacaq. Digər yenilik isə SKMF-in istifadə olunan kreditlər üçün maksimal faiz həddinin aşağı salınması ilə bağlıdır. Bu həddin hazırkı 7%-dən 6%-dək azaldılacağı gözlənilir.
Ş.Abdullayev bildirib ki, bu gün sahibkarlıq inkişaf etdiyi üçün SKMF-in xətti ilə verilən kreditlərin maksimal məbləğinə də qoyulan məhdudiyyətin yenidən baxılmasına etiyac var. Təkliflərdə kreditlərin maksimal məbləğinin 3 mln. manatdan 5 mln. manatadək artırılması nəzərdə tutulur. Fond sədrinin sözlərinə görə, sahibkarlıq subyektləri tərəfindən daim müvəkkil kredit təşkilatları ilə bağlı şikayətlər daxil olur. Buna görə də yeni qaydalarda sahibkarların hüquqlarının müdafiəsinin təmini üçün rübdə bir dəfədən az olmayaraq, müvəkkil kredit təşkilatlarının SKMF-a hesabat vermələri tələb olunacaq. Həmin hesabatda SKMF-in vəsaitlərini istifadə etmək arzusunda olan sahibkarlıq subyektləri haqqında məlumatlar əksini tapacaq, müraciətlərin imtina edilməsi səbəblərinə aydınlıq gətiriləcək. Bu isə öz növbəsində sahibkarların hüquqlarını pozan müvəkkil kredit təşkilatlarına qarşı qanunvericilik çərçivəsində tədbirlərin görülməsinə imkan verəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR