Azərbaycanda daha bir qənd istehsalçısının fəaliyyəti dayandırılıb

Azərbaycanda daha bir qənd istehsalçısının fəaliyyəti dayandırılıb
# 15 aprel 2009 09:32 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) müfəttişlərinin apardığı yoxlamalar zamanı bir müəssisədə qanun pozuntuları aşkarlanıb. Bu barədə «APA-Economics»ə SMPDK-nin mətbuat xidmətindən məlumat verilib.
Araşdırma zamanı məlum olub ki, fiziki şəxs Ələmdar Kərimova məxsus «Yeni dad» ticarət nişanı ilə qənd istehsal edən müəssisə həmin ünvanda ondan əvvəl yerləşmiş başqa bir müəssisəyə məxsus sənədlərlə fəaliyyət göstərib. İstehsal prosesi texniki-normativ sənədlərlə tənzimlənməyib, xammal və qablaşdırma vasitələrinin sertifikatı yoxdur. Bundan başqa, istehsal olunmuş hazır məhsulun laborator müayinəsinin aparılmadığı müəyyənləşdirilib. Hazırda şəraiti yararsız və antisanitariya vəziyyətində olan müəssisədə istehsalın dayandırılması ilə bağlı qanunvericiliyə uyğun tədbirlər görülür.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR