130 ölkə qlobal korporativ verginin tətbiqinə dair razılığa gəlib

130 ölkə qlobal korporativ verginin tətbiqinə dair razılığa gəlib
# 02 iyul 2021 10:58 (UTC +04:00)

130 ölkə iri şirkətlər üçün beynəlxalq vergi sisteminin tətbiq olunmasını təsdiqləyib. Plana əsasən, minimum vahid vergi dərəcəsi 15% təşkil edəcək. Sistemin işləməsi üçün ölkələr müvafiq qanunlar qəbul etməlidir.

"APA-Economics"in məlumatına görə, bu barədə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) açıqlamasında deyilir.

"Son 10 ildə OECD danışıqların nəticəsində ərsəyə gələn və iki hissədən ibarət olan paket iri transmilli şirkətlərin iş və qazanc əldə etdikləri yerlərdə vergi ödəmələrini təmin etmək üçün hazırlanıb", - açıqlamada deyilir.

OECD hesab edir ki, dövlətlər vergi çatışmazlığı səbəbindən hər il 100-240 mlrd. ABŞ dolları civarında vəsait itirir.

"İllərlə davam edən gərgin iş və danışıqlardan sonra bu tarixi razılaşma iri transmilli şirkətlərin hər yerdə ədalətli vergi paylarını ödəməsini təmin edəcək", - deyə təşkilatın Baş katibi Matias Korman (Matthias Corman) bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR