Azərbaycana oktyabrda dəyəri 33 mln. dollardan çox olan əczaçılıq məhsulları idxal olunub

Azərbaycana oktyabrda dəyəri 33 mln. dollardan çox olan əczaçılıq məhsulları idxal olunub
# 17 noyabr 2020 10:15 (UTC +04:00)

Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycana 304 631,84 min ABŞ dolları dəyərində 18 749,54 ton əczaçılıq məhsulları idxal edilib.

Dövlət Gömrük Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, cari ilin 10 ayında Azərbaycanın idxal etdiyi əczaçılıq məhsullarının dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə 29,2%, həcmi isə 44,2% artıb.

Təkcə bu ilin oktyabr ayı ərzində ölkə 33 490,6 min dollar dəyərində 1 812,7 ton sözügedən məhsullardan idxal edib ki, bu da sentyabr ayı ilə müqayisədə dəyər ifadəsində 19% çox, həcm ifadəsində isə 10,7% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR