ABŞ şirkətlərinin işğaldan azad edilmiş ərazilərin bərpasında iştirakı müzakirə olunub

ABŞ şirkətlərinin işğaldan azad edilmiş ərazilərin bərpasında iştirakı müzakirə olunub
# 09 iyun 2021 17:02 (UTC +04:00)

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov ABŞ-ın Avropa və Avrasiya məsələləri üzrə dövlət katibinin köməkçisi Filip Rikerlə görüşüb.

"APA-Economics" xəbər verir ki, bu barədə nazir "Twitter" hesabında yazıb.

O qeyd edib ki, görüşdə ölkələr arasında iqtisadi-ticarət əlaqələrinin inkişafı, ABŞ şirkətlərinin Azərbaycan iqtisadiyyatına investisiya yatırması və işğaldan azad edilmiş ərazilərin bərpasında iştirakı məsələləri müzakirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR